Muslera "Qalatasaray"dan ayrılır?

"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az "Trt Spor" kanalına istinadən xəbər verir ki, Muslera "Qalatasaray"la 1 illik yeni müqavilə imzalayacaq.

Müqavilənin mart ayında imzalanması gözlənilir. Musleranın hazır ki müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, təcrübəli kiper 2011-ci ildən "Qalatasaray"da çıxış edir.