Mxitaryanın komandasında şok

“Roma”ya  texniki məğlubiyyət veriləəcək.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu ölkə kubokunda “Spetsiya” ilə keçirilən oyunda əsasnaməni pozub.

Komanda 2:4 hesabı ilə uduzduğu oyun ərzində 6 futbolçu dəyişikliyi edib. Qaydalara görə isə 5 futbolçu dəyişdirilməsinə icazə var. Düzdür, FİFA əlavə vaxtın oynanıldığı qarşılaşmalarda 6-cı dəyişikliyə icazə verir. Lakin bu, İtaliya kuboku oyunları üçün keçərli deyil.

Texniki məğlubiyyət “Roma” üçün bu mövsümdə ikinci belə hal olacaq. Çempionatın 1-ci turunda keçirilən “Verona” ilə oyunda əsas komandada adı iştirak ərizəsinə salınmayan Amadu Diavara meydana çıxdığı üçün paytaxt təmsilçisinə məğlubiyyət verilmişdi.