Naci Şensoy debüt oyunundan sonra istefaya göndərildi

"Turan"ın sabiq baş məşqçisi Naci Şensoy ötən gün Türkiyə 1-ci liqa təmsilçisi "Manisa"da debüt matçından sonra istefaya göndərilib.

Sportline.az xəbər verir ki, türkiyəli mütəxəssisin komandası evdə "Adanaspor"a 0:3 hesabı ilə uduzduqdan sonra rəhbərlik bu qərarı verib. 

Baş məşqçi ilə yanaşı, idman direktoru Serkan İşyapan, seleksiyaçı məşqçilər Abdulkadir Kükrer və Ufuk Dündar ilə də yollar ayrılıb. 

Bundan başqa, bəzi futbolçular qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, bu görüşlə "Manisa" evdə 6-ci məğlubiyyətlə üzləşib.