Nadal "Uimbldon"dan imtinasının səbəbini açıqladı

Rafael Nadal "Uimbldon" turnirinə qatılmayacaq.

Sportline.az xəbər verir ki, "Böyük dəqilqə" turnirlərinin 22 qat qalibi bunun səbəbini açıqlayıb.

Dünya tennisinin əfsanəsi bunun meydançanın örtüyü ilə əlaqələndirib.

"Rolan Qarros"dan sonra Paris Olimpiadasında iştirak edəcəyəm. Qərar gəldik ki, bu qısa zaman ərzində məşqlərini torpaq kortlarda davam etdirim. Bu səbəbdən "Uibldon" turnirində oynamayacağam", - deyə Rafael Nadal sosial şəbəkə hesablarında fikrini açıqlayıb.

Qeyd edək ki, "Uimbldon" turniri 1-14 iyul tarixlərində Böyük Britaniyada keçiriləcək.