Namik Ələskərov məşqə çıxmadı

Millimizin üzvü Namiq Ələsgərov "Bursaspor"un məşqinə çıxmayıb.

Sportal xəbər verir ki, komandanın son məşqində 10 futbolçu iştirak edib. Legioner futbolçuların heç biri məşqə qatılmayıb.

35 oyundan sonra 41 xalla 16-cı pillədə qərarlaşan Bursa təmsilçisinin ikinci liqaya düşəcəyi dəqiqləşib.

"Timsahlar" II liqada legioner oynada bilməyəcəyindən əcnəbilərin klubdan ayrılacağı gözlənilir.