Namikin komanda yoldaşının avtomobili oğurlandı

Türkiyə I Liqa klubu "Bursaspor"da çıxış edən Namik Ələskərovun komandası ilə bağlı xoşagəlməz olay yaşanıb.

Sportline.az xəbər verir ki, həmyerlimizin komanda yoldaşı İsmayıl Yüksekin avtomobili oğurlanıb.
Bu barədə futbolçu sosial media səhifəsindən paylaşım edib. Hücumçu "Avtomobilim səhər qapının önündən oğurlanıb. Görənlərin əlaqə saxlaması xahiş olunur" mesajı ilə bərabər, maşınının şəklini də paylaşıb.