"Napoli" "Fənərbağça"nın futbolçusunu oğurladı
"Fənərbağça"da icarə əsasında çıxış edən fransalı futbolçu Allan Sen-Maksimen karyerasını "Napoli"də davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Napoli" Sen-Maksimeni mövsümün sonunda transfer edəcək.
27 yaşlı futbolçu müqavilə əsasında "Əl-Əhli" klubuna məxsusdur.
Qeyd edək ki, Sen-Maksimen bu mövsüm "Fənərbağça"nın heyətində çıxış etdiyi 24 matçda 3 qol və 4 asistlə yadda qalıb.