"Napoli" gənc ulduzu heyətinə qatmaq istəyir
"Napoli" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meynonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az jurnalist Orazio Akkomandonun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.
20 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"dən ayrılmaq istəyir. Meyno daha çox oynaya biləcəyi kluba transfer olmağı düşünür.
Qeyd edək ki, gənc futbolçunun İngiltərə klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.