“Napoli” “Mançester Yunayted”ə elçi düşüb
“Napoli” ingiltərəli yarımmüdafiəçi Kobi Meynonu transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, İtaliya klubu yanvar ayında “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Meyno bu mövsüm meydana çıxdığı 8 matçda 1 asistlə yadda qalıb.