“Napoli” “Sportinq”ə qarşı
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Napoli" " Dieqo Armando Maradona" stadionunda "Sportinq"lə üz-üzə gələcək.
İtaliya klubunda itkilərin sayı kifayət qədərdir. Nikita Kontini, Alessandro Buogiorno, Amir Rahmani, Romelu Lukaku zədə, Ciovanni Di Lorenzo isə cəza səbəbindən matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Napoli" - "Sportinq" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.