“Napoli” və “Lids Yunayted” transfer yarışına girib
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno qışda komandasını dəyişə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Napoli" və "Lids Yunayted" 20 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Mançester klubu Meynonun yerinə futbolçu transfer edə bilsə, sözügedən oyunçunu satacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 8 oyunda meydanda olub. Aktivində 1 məhsuldar ötürmə var.