“Napoli” “Yuventus”u məğlub etdi
İtaliya A Seriyasında 22-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, “Napoli” öz meydanında “Yuventus”la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Napoli” 2:1 “Yuventus”
Qollar: Randal Kolo Muani 43, Zambo Angissa 57, Romelu Lukaku 69 (pen)
Qeyd edək ki, “Napoli” 53 xalla çempionata başçılıq edir. Mövsümdə ilk məğlubiyyətini alan “Yuventus” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.