"Napoli" "Yuventus"u məğlub etdi, amma ...

İtaliya Kubokunda ikinçi finalçı da müəyyənləşib. SportLine.az xəbər verir ki, "Napoli"nin qonağı olan "Yuventus" meydanı məğlub tərk etsə də, həlledici oyuna vəsiqəni təmin edib. İlk oyunda 3:1 hesablı qələbəyə sevinən Turin təmsilçisi ümumi hesabda neapolluları üstələməklə kuboka iddiasını qoruyub.

05 aprel 2017
İtaliya Kuboku, yarımfinal (Cavab oyunu)

"Napoli" - "Yuventus" - 3:2
Ümumi:
4:5

Xatırladaq ki, "Yuventus" finalda "Latsio" ilə münasibətləri aydınlaşdıracaq.