"Napoli" "Yuventus"un futbolçusunu istəyir

"Yuventus"un futbolçusu Federiko Qatti karyerasını "Napoli"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi neapolluların baş məşqçisi Antonio Kontenin sərəncamında görmək istədiyi oyunçulardandır.

Bu haqda "Tuttosport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "qoca sinyora" da heyətə qatmaq istdəiyi Osimhenin transferində Qatti amilindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, turinlilər yolları ayırmağa hazırlaşdıqları Vlahoviçin əvəzinə məhz Osimheni əsas namizəd görürlər.