"Napoli"də yeni müqavilə

Skott MakTominey daha 4 il müddətinə "Napoli"də oynaya bilər.

Sportline.az xəbər verir ki, Neapol klubu şotlandiyalı yarımmüdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir.

Əgər tərəflər razılığa gələ bilsələr, MakTominey komandada ən yüksək maaş alan futbolçu olacaq.

Futbolçu 2024-cü ildə "Napoli"yə "Mançester Yunayted"dən transfer olunub.