"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusuna düşüb
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Napoli" Qarnaçonu transfer etmək üçün hərəkətə keçib.
İngiltərə klubu 20 yaşlı futbolçu üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
Qeyd edək ki, Qarnaço cari mövsüm çıxış etdiyi 32 matçda 8 qol və 5 asistlə yadda qalıb.