"Napoli"nin Meyno israrı davam edir

"Napoli"nin belçikalı futbolçusu Kevin De Brüyenin uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Sportline.az "Tutto Mercato"ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi De Brüynenin yerini "Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno ilə doldurmaq istəyir.

Mançester klubu 20 yaşlı futbolçusunu satmaq istəyir lakin, gənc istedad üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Napoli" yanvar ayında Meyno üçün rəsmi təklif göndərəcək.

Sözügedən futbolçu bu mövsüm çıxış etdiyi 8 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.