Nazarov dubl etdi, komandası darmadağına sevindi
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Ertsqebirge Aue" növbəti yoxlama matçını keçirib. SportLine.az xəbər verir ki, rəqib "Herta"nın 2-ci komandası olub.
Qarşılaşma Aue təmsilçinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Meydana start heyətində çıxan Nazarov 15-ci dəqiqədə görüşdə hesabı açıb. 20-ci dəqiqədə Azərbaycan seçməsinin üzvü dublunu rəsmiləşdirib.