Nazarov "Karlsrue" ilə vidalaşır

Azərbaycan millisinin üzvü Dmitri Nazarov "Karlsrue" ilə nə vaxt vidalaşacağı müəyyənləşib. SportLine.az xəbər verir ki, yarımmüdafiəçi iyunun 13-də II Bundesliqa klubunun düşərgəsini tərk edəcək. 

Onunla yanaşı, Daniel Qordon, Muhammed Quaida, Manuel Quyde, Saşa Traut, Yonas Meffert və Dominik Peyts də komanda ilə yollarını ayıracaq. 

Qeyd edək ki, 26 yaşlı futbolçu 2013-cü ildən "Karlrue"nin şərəfini qoruyur.