Nazarov komandasına qələbə qazandırdı

Almaniya 2-ci Bundesliqasında növbəti turun görüşləri keçirilir. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” "Haydenhaym"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qələbə topunu Nazarov vurub.