Nazarov oynadı, komandası qalib gəldi

Millimizin üzvü Dmitri Nazarov Almaniya "II Bundesliqa"sında heyətində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, futbolçunun şərəfini qoruduğu "Karlsrue" "Sankt Pauli"nin qonağı olub.

Görüş meydan sahiblərinin hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi hesabı da “Sankt Pauli” futbolçuları açıblar. Bernd Neyriq çərçivəni dəqiq nişan alıb. Lakin üstünlüyü qorumaq “Sankt Pauli” futbolçularına nəsib olmayıb. Manuel Torres tablodakı rəqəmləri eyniləşdirib. Dimitrios Diamantakos isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, Dmitri Nazarov meydana 55-ci dəqiqədə çıxıb.

18 dekabr 2015
"II Bundesliqa", 19-cu tur


"Sankt Pauli" - "Karlsrue" 1:2
QOLLAR:
Neyriq, 24 (1:0); Torres, 37 (1:1); Diamantakos, 71 (1:2)