Nazarov oynadı, komandası qalib gəldi

Almaniya II Bundesliqasında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" də növbəti matçına çıxıb. Rəqib "Sankt Pauli" kollektivi olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

D.Nazarov start heyətində meydana daxil olub və 77 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, xal ehtiyatını 26-a çatdıran "Aue" 15-ci pilləyə yüksəlib.