Nazarov oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" Almaniya II Bundesliqasında növbəti görüşünə çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Yunion Berlin" olub.

Matçın taleyini bir qol həll edib - 0:1. 

D.Nazarov meydana start heyətində daxil olub və sonadək oynayıb.

Qeyd edək ki,  "Erzqebirge Aue" 27 turdan sonra 29 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.