Nazarov oynamadı, komandası uduzdu
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, öz meydanında "Nürnberq"i qəbul edən "Aue" meydanı məyus tərk edib - 1:2.
Nazarovun adı görüşün iştirak ərizəsinsə salınmayıb.
Qeyd edək ki, "Aue" 10 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.