Nazarov yenidən fərqləndi

Almaniyanın II Bundesliqasında IV turun oyunları keçirilir. Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” “Nürnberq”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3:1 hesablı qələbə qazanıb.

Strat heyətdə meydana çıxan və 90 dəqiqə oyunda olan yarımmüdafiəçimiz komandasının qələbəsində pay sahibi olub. Nazarov 73-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb.

Qeyd edək ki, 4  turdan sonra 4 xala malik “Aue” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.