Nazim Süleymanov “Əfsanələrin matçı”nda meydana çıxdı

Vladiqafqazda “Əfsanələrin matçı” adlı dostluq görüşü olub. SportLine.az xəbər verir ki, “Alaniya”nın hazırkı veteran futbolçuları ilə Osetiya seçməsi ilə üz-üzə gəlib. “Alaniya”nın heyətində bu komandayla birgə ölkə çempionu olmuş millimizin sabiq kapitanı Nazim Süleymanov da meydana çıxıb. 

“Spartak” stadionunda 12 min azarkeşin izlədiyi qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, onun gənc yaşlarındakı kimi driblinqlər etməsi azarkeşlərin alqışları ilə qarşılanıb.