Nazim Süleymanova Rusiyadan dəvət

Veteran futbolçumuz Nazim Süleymanova Moskvadan dəvət gəlib.

Sportline.az xəbər verir ki, "Alaniya”nın heyətində Rusiya çempionu olmuş Süleymanov, "Matç TV”-nin dəvəti əsasında Moskvaya yollanıb. O,  "Matç TV”-nin eksperti qismində, Avroliqanın "Arsenal” – "Neftçi” oyununu şərh edəcək.

Onun iştirakı ilə olacaq müzakirələr oyundan öncə, fasilədə və oyundan sonra davam edəcək.

Xatırladaq ki, "Arsenal” – "Neftçi” görüşü bu axşam Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.