NBA: "Boston Seltiks" "dilə gəldi"

Milli Basketbol Assosiasiyasının Pley-off mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, yarımfinal seriyasının üçüncü görüşündə “Boston Seltiks” komandası “Mayami Hit” ilə qarşılaşıb.

Oyuna daha yaxşı başlayan Boston komandası böyük fasiləyə 13 xal fərqi ilə öndə yollanıb: 63-50. Sonuncu hissədə üstünlüyə yiyələnən Mayami basketbolçuları çox çalışsalar da, qalib gələ bilməyiblər.

“Mayami Hit” - “Boston Seltiks”: 106-117.

Oyunun ən yaxşısı Edris Adebayo olub. Mayami basketbolçusu 27 xal, 16 ribaund, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, “Boston Seltiks” seriyada fərqi azaldıb. 1-2