NBA-da final mərhələsinin 2-ci oyunu keçirilib

NBA-da final mərhələsinin ikinci oyununda "Boston Seltiks" doğma meydançada "Dallas Mevriks"lə qaşılaşıb.

Sportline.az xəbər verir ki, görüş bostonluların 105-98 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə "Boston Seltiks" seriyada ümumi hesabı 2-0-a çatdırıb.

Matçın ən məhsuldar basketbolçusu 32 xal, 11 ribaund, 11 asistlə Luka Donçiç olub.

Qeyd edək ki, seriyanın 3-cü oyunu iyunun 13-də Dallasda olacaq.