NBA: Məşqlər bərpa olunur

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən komandalar mayın 8-dən məşqləri bərpa edə biləcəklər.

Sportline.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ölkədə idmana qoyulan qadağanın götürüləcəyinə dair açıqlamasından sonra NBA klublarının da sosial məsafə qaydalarına əməl edərək hazırlığa başlamasına icazə verilib.

Çempionatın isə yay aylarında keçiriləcəyi gözlənilir. Yerli hökumətin qərarı azarkeşlər arasında birmənalı qarşılanmayıb. İnsanların bir hissəsi bunun doğru, digər hissəsi isə yanlış addım olduğunu düşünür.

Qeyd edək ki, NBA-da cari mövsümün oyunları martın 12-də koronavirus səbəbindən dayandırılıb.