NBA-nın sabiq basketbolçusu həbsxanada öldü

NBA-nın (Milli Basketbol Assosiasiyası) sabiq basketbolçusu Eddi Conson dünyasını dəyişib.

Sportline.az TMZ nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı veteran oyunçu Florida ştatında saxlanıldığı həbsxanada vəfat edib. Onun ölümünə xəstəlik səbəb olub.

ABŞ-dan olan idmançı 2008-ci ildə 8 yaşlı qıza təcavüz ittihamı ilə həbs olunmuşdu. Keçmiş basketbolçuya ömürlük azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Qeyd edək ki, Eddi Conson karyerası ərzində ölkəsində "Kanzas-Siti Kinqz" ("Sakramento Kinqz"), "Finiks Sanz", "Sietl Supersoniks", "Şarlott Hornets", "İndiana Peysers", "Hyuston Rokets" və Yunanıstanda "Olimpiakos" klublarının formasını geyinib.