NBA: "San Antonio" "Denver"i əliboş yola salıb

NBA-nın pley off mərhələsində mübarizə davam edir.

Sportline.az xəbər verir ki, "San Antonio Spörs"lə "Denver Naqets"in 6-cı görüşü də maraqlı mübarizə ilə yadda qalıb.

Bu oyunadək 2-3 hesabı ilə geridə olan San Antonio basketbolçuları doğma arenada inamlı təsir bağışlayıblar. Yüksək əzmkarlıq göstərən "Spörs" 120-103 hesabı ilə qalib gəlib. 26 xal toplayan Lamarkus Oldric qələbədə əsas pay sahibi olub.

Rəqiblər arasında həlledici oyun aprelin 27-də Denverdə keçiriləcək. Qeyd edək ki, bu cütün qalibi ikinci mərhələdə "Portlend Bleyzers"lə qarşılaşacaq.