“Neftçi” – AZAL oyununun yeri dəyişdirildi
Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – AZAL oyununun məkanı dəyişdirilib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8-ci kilometr qəsəbə stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək.
Buna səbəb 8-ci kilometr qəsəbə stadionunun ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.
Odur ki, Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən “Neftçi” – AZAL matçının “Dalğa Arena”da keçirilməsinə razılıq verib. Qarşılaşma sabah saat 16:00-da başlayacaq.