"Neftçi" baş məşqçi ilə bağlı qərarını verdi
"Neftçi" baş məşqçi Elxan Abdullayevin klubdakı taleyinə aydınlıq gətirib. Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Abdullayevlə əməkdaşlığı davam etdirəcək. Baş məşqçi ilə 3 illik müqavilə imzalandığı bildirilir. Xatırladaq ki, uğursuz mövsümün sonunda Elxan Abdullayevlə yolların ayrılacağı haqda xəbərlər dolaşırdı.