"Neftçi" daha bir futbolçuyla anlaşdı
|
"Neftçi" "Slovan"nın futbolçusu Zdenek Folprexti heyətə cəlb edib. Liberets təmsilçisinin saytında yayılan xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Bakı klubunda icarə əsasında çıxış edəcək. Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Qarabağ"dan Namiq Ələsgərov və Yunanıstanın “Veria” klubundan Georgi Navalovskini heyətinə qatıb. (qol.az) |