"Neftçi" futbolçusunu Venesuela klubuna icarəyə verdi
"Neftçi” futbolçusu Edson Kastilyo Venesuelanın "Mineros Quayana” klubuna icarəyə verib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi 2017-ci ilin sonunadək Puerto-Ordas şəhəri təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Edson Kastilyo “Neftçi”yə ötən ilin yayında məhz “Mineros Quayana”dan keçib.