"Neftçi" - "Herta" oyunu canlı yayımlanacaq

"Neftçi”nin Avstriya toplanışı çərçivəsində Almaniyanın "Herta” klubu ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq matçı azarkeşlər klubun rəsmi Youtube səhifəsi – "Neftçi” TV vasitəsilə izləyə biləcəklər.