"Neftçi" iki futbolçu ilə anlaşıb

"Neftçi"nin heyətinə qatmağa hazırlaşdığı iki futbolçunun kimliyi müəyyənləşib.  Bunlardan biri Ağabala Ramazanov, digəri Tərlan Quliyevdi. Hər iki futbolçu ilə anlaşma əldə olunub. Transferlərin yaxın günlərdə açıqlanacağı deyilir. Qeyd edək ki, hər iki futbolçu futbolun sirrlərini "Neftçi"də öyrənib. Ağabala Ramazanov 2011-2012-ci illərdə klubun əsas  heyətində çıxış edib və 2012-ci ildə "Xəzər Lənkəran"a transfer olunub. Bu yay "Sumqayıt"dan "İnter"ə keçən 23 yaşlı hücumçu 15 rəsmi oyunda 5 qol vurub. Tərlan Quliyev 2009-2014-cü illərdə "Neftçi"nin əsas heyətində çıxış edib. 2014-cü ildə "Qarabağ"a transfer olunan 24 yaşlı müdafiəçi bu yay "İnter"ə keçib. O, cari mövsümdə 14 rəsmi oyuna çıxıb.

aut.az

Banner