“Neftçi” iki futzalçı ilə anlaşıb

“Neftçi” iki futzalçı ilə anlaşıb.

Bu barədə Sportline.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Paytaxt təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Emil Həsənzadəni və qapıçı Zamin Qasanovu heyətinə qatıb. Z.Qasanov Rusiyanın “Norilski Nikel” komandasından gəlib.

Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb. Nüsrət Fərzəli və Sadeq Caviditabar “Şuşa”ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.