"Neftçi" - "Kəpəz" duelində qalib olmadı

Bu gün Topaz Premyer Liqasında 3-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Çempionata uğursuz start verən iki komanda - "Neftçi" və "Kəpəz" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq. Xal üzünə həsrət komandaların dueli gərgin mübarizə vəd edir.


25 avqust 2017
TPL, 3-cü tur

“Neftçi” - “Kəpəz” - 0:0

Hakimlər: 
Orxan Məmmədov, Vüqar  Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
“Bakcell Arena”