"Neftçi" legioneri ilə vidalaşdı
"Neftçi” klubu Tallison Diasla yollarını ayırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Braziliyalı futbolçuya xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, ötən ilin yayında "Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.