"Neftçi" - "Qəbələ" oyununun vaxtı bəlli oldu

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. SportLine.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşıdakı turun görüşləri iki günü əhatə edəcək.

Mərkəzi oyun hesab edilən “Neftçi” – “Qəbələ” görüşü fevralın 3-də baş tutacaq. Turnir cədvəlində 3-4-cü yerlərdə qərarlaşan “İnter”lə “Sumqayıt” isə ertəsi gün üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
XVI tur

3 fevral (cümə)

16:00. AZAL – “Qarabağ”
“AZAL Arena”

18:30. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”

4 fevral (şənbə) 

14:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu

16:30. “Sumqayıt” – “İnter”
“Kapital Bank Arena”

Banner