“Neftçi” - “Qəbələ” oyununun yeri dəyişdirilə bilər

Topaz Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” qarşılaşmasının yeri dəyişdirilə bilər. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, qarşılaşmanın Qəbələdə keçirilməsi gözlənilir.

Belə ki, komandalar fevralın 3-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçirilməli olan görüşün əyalətdə baş tutmasını razılaşdırıb. Bu üzdən də klublar IV dövrənin oyununun Bakıda baş tutmasını istəyiblər.

Artıq məsələ ilə bağlı Peşəkar Futbol Liqasına da müraciət olunub. Qurumun rəqiblərin XVI turda Qəbələdə, XXII turda Bakıda qarşılaşmasına razılıq verəcəyi gözlənilir. 

Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmək ehtimalı olsa da, bu, çox azdı. 

Banner