"Neftçi" "Rəvan"la bacarmadı

Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

Autsayder "Rəvan" "Neftçi"nin qonağlı olub. 3-cü dövrəyə qələbə ilə başlayan "Ağ-qaralar" bunun ardını "Rəvan"la görüşdə də gətirmək niyyətində idilər. Lakin hadisələr "Neftçi"nin istədiyi kimi cərəyan etməyib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Meydan sahibləri Jaironun qolu ilə məğlubiyyətdən xilas olublar.

05 fevral 2016
TPL, 20-ci tur


"Neftçi" - "Rəvan" - 1:1
QOL: ​
Ceyhun Abdullayev, 48 (0:1); Jairo, 82 (1:1)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov

"NEFTÇİ" - "RƏVAN" MATÇININ VİDEO İCMALI

Banner