"Neftçi" Rumıniya təmsilçisi ilə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin yoxlama oyunları üçün daha bir rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, Elxan Abdullayevin komandası yanvarın 19-da Rumıniyanın “Konkordia Kyajna” klubu ilə qarşılaşacaq.

Ötən mövsüm Rumıniya çempionatını 11-ci pillədə başa çatdıran Kyajna təmsilçisi cari mövsümdə 21 turdan sonra 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Neftçi" Türkiyə toplanışında indiyədək üç oyun keçirib. “Sivasspor”la heç-heçə edən "ağ-qaralar" (0:0), Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna məğlub olub.  

Banner