"Neftçi" Sloveniya klubu ilə heç-heçə etdi

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" yerli "Olimpiya" (Lyublyana) komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hər iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Namik Ələskərov, ardınca isə Mihaylo Peroviç fərqlənib. Flaqmanın yeni transferləri - Harramiz Soares və Sezar Meza Kolli 58-ci dəqiqədə meydana daxil olaraq, paytaxt klubunda debüt ediblər.

Qeyd edək ki, "Neftçi" növbəti sınaq matçını iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı keçirəcək. Sloveniyadakı son rəqib isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu oyun isə iyunun 29-da olacaq.