"Neftçi" son dəqiqədə xilas oldu

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Tosno" klubu ilə üz-üzə gəlib.

Son anlara qədər məğlub durumda olan Bakı klubu 90-sı dəqiqədə Murad Ağayevin qolu ilə xilas olub.

"Neftçi" - "Tosno" - 2:2

Qollar: Kardozo, 18, Murad Ağayev, 90 (pen.) - Kutyin, 13, Markov, 48

“Neftçi”: 53. Maksim Vaylo, 29. Georgi Navalovski, 3. Jairo Rodriges, 25. Kirilo Petrov, 6. Pavel Dreksa, 15. Ruslan Abışov (K), 8. Zdenek Folprext, 17. Rəhman Hacıyev, 9. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 14. Ramon Kardozo.

Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 13. Murad Ağayev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev.

Banner