"Neftçi"dən çətin qələbə
Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha iki oyun olub.
AZAL öz meydanında "İnter"i qəbul edib. Turnir cədvəlində sonuncu olan "təyyaçilər" 2017-ci ildəki ilk qələbəsini "İnter" üzərində qazanmağa çalışsa da, buna nail ola bilməyib. Son 2 turda cəmi 1 xal toplayan Zaur Svanadzenin komandası bu dəfə meydanı 3 xalla tərk edib.
Turun son oyunu isə 8-ci km stadionunda keçirilib. "Sumqayıt"ı qəbul edən "Neftçi" qələbə qazanıb.
13 fevral 2017
TPL, 18-ci tur
“Neftçi” - “Sumqayıt” - 1:0
QOL: Uqo Barqas, 86 (1:0)
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci kilometr qəsəbə stadionu