"Neftçi" "Termalika"ya qarşı

Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.

Sportline.az xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1.

Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.