“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

"Neftçi” yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. SportLine.az klubun saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində 5 yoxlama oyunu nəzərdə tutulub.

“Ağ-qaralar”ın ilk rəqibi artıq bəllidi. Bu, Türkiyənin I Liqası təmsilçisi "Sivasspor”du.

“Neftçi”nin “Sivasspor”la qarşılaşması yanvarın 8-də baş tutacaq.

Banner